logo
Elnur Hüseynov

Elnur Hüseynov

  • Информация

    Биография

  • Место рождения:

    Neftchala, Azerbaijan SSR (now Azerbaijan)
  • Дата рождения:

    (лет 43) 1981-08-02
  • Пол:

    Мужской

Elnur Bəhrəmxan oğlu Hüseynov Neftçala rayonunun Xəzər kəndində anadan olub. Respublika İncəsənət Gimnaziyasında (1991-1995), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1996-2002) təhsil alıb. Rayonda keçirilən istedadlı uşaqların yaradıcılıq müsabiqələrində bir neçə dəfə parodiya üzrə qalib olub. Azərbaycan televiziyasında yayımlanan “7-17”, “Sübh şəfəqləri” televiziya müsabiqələrinin və “Tələbə klubu” əyləncəli proqramının fəal iştirakçısı, “Bala dili” (ANS TV), “Ala bula” (Lider TV), “Mən böyümüşəm” (Space TV) uşaq verilişlərinin aparıcısı olub. 1998-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Xarici film istehsalçılarının “Yaz ərəfəsi” (2001, rejissor Filip Bayon, Azər Tahir rolunda / Polşa, Fransa), “Biz sizə müharibə elan edirik" (2010, rejissor İqor Xolodkov, Dukas rolunda, PS AN-Film / Rusiya) filmlərində çəkilib. "Fəxri mədəniyyət işcisi” medalına (2017), Beynəlxalq Teatr Assosiasiyasının təsis etdiyi "Sima" mükafatına layiq görülüb.

Films with the participation of the actor

Фото

Elnur Hüseynov

vote average: 0.0