logo
Fərda Amin

Fərda Amin

  • Информация

    Биография

  • Место рождения:

    Siyəzən, Azərbaycan SSR
  • Дата рождения:

    (лет 45) 1979-08-12
  • Пол:

    Мужской

Fərda Akif oğlu Xudaverdiyev əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir. O, 1979-cu ildə 12 avqust tarixində Cəbrayılda dünyaya göz açmışdır. İqtisad Universitetində təhsil aldığı dövrdə "Şən və Hazırcavablar Klubu"nda çıxış edib. Müəllifi və aparıcısı Həsən Əliyev olan, "Space TV"-də yayımlanan "Tək səbir" verilişinin iştirakçısı olub. Verilişdə olan gülməli monoloq, videoroliklər insanları çox güldürürdü. Bu verilişin rejissoru Fərda idi. Senarisini isə Elməddin Cəfərovla birlikdə yazırdılar. Ancaq bu verilişin ömrü uzun olmur. Fərda "Tam Sərbəst" verilişini yaradır və bir neçə il sonra "Tam Sərbəst solo" adlı proqramla ekranlara çıxır. Bu veriliş də qısa müddət davam edir. Bir neçə il sonra Müşfiq Şahverdiyev ilə birlikdə 2007-ci ildə "Sərbəst FM" verilişi işıq üzü görür. Həmən il Müşfiq və Fərda "Niyə?" filminə çəkilir. 2014-cü ildən "Top kimi Şou" verilişinin aparıcısıdır. "İnterpapa", "Ögey Ata", "Xoxan", "Naxox", "Niyə?" kimi filmlərdə rol almışdır. "Ögey Ata", "İnterpapa", "Niyə?" filmlərinin ssenarisini yazmışdır. Aktyor 2010-cu ildə Günel adlı xanımla ailə həyatı qurub. Fərda 4 oğul atasıdır.

Films with the participation of the actor

Фото

Fərda Amin

vote average: 0.0